Əsas Səhifə > Dünya > Haaqa məhkəməsindən Rusiyaya qarşı hökm: 50 MİLYARD DOLLAR ÖDƏMƏLİDİR!

Haaqa məhkəməsindən Rusiyaya qarşı hökm: 50 MİLYARD DOLLAR ÖDƏMƏLİDİR!


19-02-2020, 22:39

 

Şəffaflıq.az xəbər verir ki, Hollandiyada yerləşən Haaqa Appelyasiya məhkəməsi Beynəlxalq Arbitraj Məhkəməsinin Rusiya dövlətinin keçmişdə Rusiyanın ən böyük neft şirkətlərindən olan “Yukos” şirkətinin səhmdarlarına tzminat ödəməsini nəzərdə tutan hökmünü təsdiqləyib. 2014-cü ildə qəbul edilmiş qərara görə, Rusiya 50 milyard dollar məbləğində təzminat ödəməyə məhkum edilib. Həmçinin Mixail Xodovskiyə də təzminat ödənilməlidir.

Kompensasiya qərarı 2014-cü ildə Haaqadakı Daimi Arbitraj Məhkəməsi tərəfindən qəbul edilsə də, iki ildən sonra Hollandiyanın yerli məhkəməsi qərarı ləğv eləmişdi.

Rusiyanın Ədliyyə Nazirliyi isə qərarın yenidən appelyasiya məhkəməsinə veriləcəyini bildirib.

Məhkəmə illərdir ki, davam edir

Beynəlxalq Arbitraj Məhkəməsi 2014-cü ildə verdiyi qərarda Rusiyanın hüquq sistemini manipulyasiya elədikləri və “Yukos”un rəhbəri Mixail Xodorovskinim həbsinə, bununla da şirkətin iflasına səbəb olduqları üçün 50 milyard dollar təzminat ödəməli olduqlarını qərara almışdı.

Rusiya Haaqa şəhərinin Regional Məhkəməsinə müraciət elədikdən sonra yerli məhkəmə 2016-cı ildə Beynəlxalq Arbitraj Məhkəməsinin bu cür məhkəmə işlərini aparmaq səlahiyyətinin olmadığını qərara alaraq, Rusiyayanın təzminat ödəməsi qərarını ləğv eləmişdi.
Geri qayıt