Əsas Səhifə > Hadisə > Qubada avtomobili ağaca çırpılıb, ölən və yaralanan var
Qubada avtomobili ağaca çırpılıb, ölən və yaralanan var10-11-2025, 13:45 |
|
Qubada avtomobili ağaca çırpılıb. Şəffaflıq.az-ın məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun, Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, toy karvanında olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Yaralı Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağli araşdırma aparılır. Geri qayıt |