Əsas Səhifə > Hadisə > Göygöldə avtomobilin vurduğu piyada ölüb

Göygöldə avtomobilin vurduğu piyada ölüb


10-11-2025, 10:34


Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Xatirə Məmmədovanı avtomobil vurub. O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt