Əsas Səhifə > SİYASƏT > Zəfər paradı gələcəyin inkişaf konsepsiyasını müəyyənləşdirir
Zəfər paradı gələcəyin inkişaf konsepsiyasını müəyyənləşdirir10-11-2025, 10:26 |
|
Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə keçirdiyi hərbi parad təkcə bir qələbənin deyil, həm də dövlət suverenliyinin bərpasının, milli iradənin və qlobal güc balansında Azərbaycanın yeni yerinin nümayişidir. Bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib. Onun sözlərinə görə, bu paradın əsas özəlliyi ondan ibarətdir ki, Türkiyə və Pakistan kimi iki mühüm regional və müsəlman dünyasının aparıcı dövlətlərinin liderləri burada iştirak edərək, dünyaya həm siyasi, həm də mənəvi mesajlar verdilər: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya gəlişi Azərbaycanın diplomatik müstəqilliyini və qardaşlıq diplomatiyasının strateji nəticələrini bir daha təsdiqləyir. Şəffaflıq.az Geri qayıt |