Əsas Səhifə > REGİON > Rusiyada minik və yük avtomobilləri toqquşub, altı nəfər ölüb
Rusiyada minik və yük avtomobilləri toqquşub, altı nəfər ölübBu gün, 09:12 |
|
Bazar günü səhər saatlarında Rusiyanın Novosibirsk vilayətinin Bolotninski rayonunda, R-255 "Sibir" şosesində VAZ-21099 markalı avtomobillə "Volvo" markalı yük maşını toqquşub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Region üzrə Mətbuat xidməti xəbər yayıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - iki kişi, bir qadın və üç uşaq ölüb. Yük maşınının sürücüsü xəsarət almayıb. İlkin məlumatlara görə, qəzaya minik avtomobilinin əks zolağa keçməsi səbəb olub. Hadisə yerində Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları və istintaq qrupu işləyir. Qəzanın səbəbi araşdırılır. Geri qayıt |