Əsas Səhifə > Hadisə > Biləsuvarda sobaya yıxılan qadın yanaraq ölüb

Biləsuvarda sobaya yıxılan qadın yanaraq ölüb


7-11-2025, 09:28



Biləsuvarda qadın yanıq xəsarətlərindən ölüb.


Şəffaflıq.az xəbər verir ki, Gülənova Məkurə Cavanşir qızı yaşadığı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbədə sobanın üzərinə yıxılıb.

O, müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq ölüb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.


Geri qayıt