Əsas Səhifə > REGİON > TDT-nin rəsmi saytı bütün üzv ölkələrin ana dillərində istifadəyə verilib
TDT-nin rəsmi saytı bütün üzv ölkələrin ana dillərində istifadəyə verilibBu gün, 15:14 |
|
Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi veb-saytı bütün üzv ölkələrin ana dillərində istifadəyə verilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə TDT-nin yaydığı bəyanatda qeyd olunub. "Türk Dövlətləri Təşkilatı rəsmi veb-saytının artıq bütün üzv ölkələrin ana dillərində istifadəyə verildiyini məmnuniyyətlə elan edir! TDT xəbərlərini, təşəbbüslərini və resurslarını öz dilinizdə kəşf edin", - deyə bəyanatda vurğulanıb. Üzv ölkələrin öz ana dillərində təqdim olunan rəsmi veb-saytla aşağıdakı linklərdən tanış olmaq mümkündür: Azərbaycanca: http://turkicstates.org/az Qazaxca: http://turkicstates.org/kz Qırğızca: http://turkicstates.org/kg Türkcə: http://turkicstates.org/tr Özbəkcə: http://turkicstates.org/uz. Geri qayıt |