Əsas Səhifə > Dünya > Yəməndə Müdafiə nazirinin avtomobili yaxınlığında partlayış - Ölənlər var

Yəməndə Müdafiə nazirinin avtomobili yaxınlığında partlayış - Ölənlər var


19-02-2020, 21:53

 

Yəməndə ölkənin Müdafiə naziri Məhəmməd əl-Makdisinin avtomobilinin yaxınlığında partlayış törədilib.

Partlayış nəticəsində 6 nəfər ölüb. Marib əyalətində baş vermiş insident nəticəsində əl-Makdisi xəsarət almasa da, onu müşayiət edən şəxslər yaralanıb.

Qeyd edək ki, bu, ölkənin Müdafiə Nazirliyi ilə əlaqəli baş vermiş ilk belə hadisə deyil. Belə ki, ötən ilin oktyabrında da Maribdə Yəmənin müvəqqəti ordu qərargahının yaxınlığında partlayış törədilmişdi. Həmin vaxt qərargah rəisi ordu komandanlığı ilə görüş keçirirdi. Nəticədə 2 hərbçi dünyasını dəyişmişdi. \\Qafqazinfo

Şəffaflıq.az


Geri qayıt