Əsas Səhifə > REGİON > Türkiyənin kəşfiyyat rəhbəri HƏMAS-la Qəzzada atəşkəsi müzakirə edib
Türkiyənin kəşfiyyat rəhbəri HƏMAS-la Qəzzada atəşkəsi müzakirə edibBu gün, 09:33 |
|
Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın HƏMAS nümayəndələri ilə Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsini müzakirə edib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı kəşfiyyat qurumundakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Kalın İstanbulda HƏMAS-ın Xəlil əl-Həyyanın rəhbərlik etdiyi siyasi bürosunun nümayəndə heyəti ilə görüşüb. Fələstin hərəkatının nümayəndələri İsrail tərəfindən atəşkəs pozuntuları barədə məlumat veriblər. Görüşdə həmçinin Qəzza sülh planının növbəti mərhələlərinin həyata keçirilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Fələstin anklavının sakinlərinə humanitar yardımın göstərilməsi məsələləri də müzakirə olunub. Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzzadakı münaqişənin həllinə yönəlmiş hərtərəfli planını açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti xarici administrasiyanın tətbiqi və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi üçün nəzərdə tutulub. Oktyabrın 9-da münaqişə tərəfləri bu planın birinci mərhələsinin həyata keçirilməsi üçün razılaşma imzalayıblar. Oktyabrın 10-da Qəzzada atəşkəs razılaşması qüvvəyə minib. Geri qayıt |