Əsas Səhifə > REGİON > Rusiya buğdasının ilk partiyası Azərbaycandan dəmiryolu ilə Ermənistana göndərilib

Rusiya buğdasının ilk partiyası Azərbaycandan dəmiryolu ilə Ermənistana göndərilib


Bu gün, 09:31


Rusiya buğdasının ilk partiyası Azərbaycandan dəmiryolu ilə Ermənistana göndərilib.

Bu barədə Şəffaflıq.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, təxminən 1 000 ton ağırlığında 15 vaqonlu qatar bir neçə dəqiqə əvvəl Ermənistanın "Ayrum" stansiyasına çatıb.

Yükü Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan şəxsən qarşılayıb.

"Bu, tarixi gündür. Təxminən 35 ildə ilk dəfə olaraq Azərbaycandan gələn yük dəmir yolu ilə Ermənistana çatdı", - nazir bildirib.


Geri qayıt