Əsas Səhifə > Hadisə > 2019-24-cü illərdə narkotiklərlə mübarizədə 47 min 863 fakt aşkar edilib
2019-24-cü illərdə narkotiklərlə mübarizədə 47 min 863 fakt aşkar edilibBu gün, 11:15 |
|
2019-2024-cü illər ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə çərçivəsində 47 min 863 fakt aşkar edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Vyanada keçirilən Narkotiklərlə bağlı qanunlara riayət olunmasının təmin edilməsi üzrə milli idarələrin rəhbərlərinin 16-cı iclasında məlumat verilib. Bildirilib ki, bundan əlavə, qeyd olunan dövrdə 33,5 ton müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısı alınıb, 510 nəfəri əcnəbi olmaqla, ümumilikdə 39 min 2 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Rəsmi statistikaya görə, son iki ildə qonşu ölkələrdən Azərbaycan vasitəsilə 10 narkotik qaçaqmalçılığı cəhdi qeydə alınıb və nəticədə 600 kiloqram narkotik vasitə müsadirə edilib. Geri qayıt |