Əsas Səhifə > SİYASƏT > Baş Prokurorluq Zəngilanda Zəfərin beş illiyinə həsr olunan konfrans keçirir
Baş Prokurorluq Zəngilanda Zəfərin beş illiyinə həsr olunan konfrans keçirirBu gün, 10:00 |
|
Baş Prokurorluq Zəfərin beşinci ildönümü münasibətilə Zəngilan Konqres Mərkəzində "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda konfrans keçirir. Şəffaflıq.az xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, hərbi prokuror Bəhruz Əhmədov, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi, general-mayor Azər İbrahimov, Milli Məclisin deputatları, QHT rəhbərləri, Vəkillər Kollegiyasının üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak edirlər. Konfrans iştirakçıları əvvəlcə Ağalı kəndində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü və Zəngilan Şəhidlər xiyabanını ziyarət ediblər. Geri qayıt |