Əsas Səhifə > İnfrastruktur > Bakı Gəmiqayırma Zavoduna vergi güzəştinin uzadılmasına aydınlıq gətirilib

Bakı Gəmiqayırma Zavoduna vergi güzəştinin uzadılmasına aydınlıq gətirilib


Bu gün, 15:10


Bakı Gəmiqayırma Zavodu ilə bağlı vergi güzəştinin uzadılması müraciəti konsensusla dəstəklənib, çünki zavodun fəaliyyəti ölkənin iqtisadi və strateji hədəflərinə cavab verir.

Şəffaflıq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, zavod Orta Dəhliz üçün də mühüm əhəmiyyət kəsb edir:

"Ölkəmizdə qeyri-kommersiya təyinatlı gəmilərin - yanğın söndürmədən tutmuş mühafizə gəmilərinə qədər - istehsal edildiyi ikinci belə müəssisə yoxdur. Uzun illər ərzində zavod mənfəətli olmamışdı, amma son 1-2 ildə əməliyyat mənfəətinə çıxıb, yükləmə səviyyəsi xeyli artıb.

Hazırda eyni vaxtda təxminən 10 gəmi inşa olunur. Son 12 ildə isə cəmi 14-15 gəmi istehsal edilib ki, bu da istehsal dinamikasını göstərir. Biz bu dinamikanı dəstəkləyirik".


Geri qayıt