Əsas Səhifə > Hadisə > Siyəzəndə yeni doğulan körpə ölüb

Siyəzəndə yeni doğulan körpə ölüb


Bu gün, 11:46


Siyəzən rayonunda yeni doğulan körpə həyatını itirib.

Şəffaflıq.az xəbər verir ki, 2025-ci il təvəllüdlü Tunar Ehtiram oğlu Yusifov noyabrın 3-də saat 06:00 radələrində yaşadığı Siyəzən şəhəri Xətai küçəsi ev 83-də ölüb.

Uşağın vaxtından əvvəl doğulduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt