Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Gədəbəydə körpülərin tikintisinə 2,7 milyon ayrıldı - SƏRƏNCAM
Gədəbəydə körpülərin tikintisinə 2,7 milyon ayrıldı - SƏRƏNCAM18-02-2020, 23:02 |
Prezident İlham Əliyev fevralın 18-də “Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Şəffaflıq.az xəbər verir ki, Gədəbəy rayonunun ərazisində Dəyirmançay və Qaraçay çayları üzərində yeni körpülərin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Geri qayıt |