Əsas Səhifə > Hadisə > Salyanda elektrik cərəyanı vuran 21 yaşlı şəxs xəstəxanada ölüb

Salyanda elektrik cərəyanı vuran 21 yaşlı şəxs xəstəxanada ölüb


Dünən, 12:39


Salyan rayonunda elektrik cərəyanı vuran 21 yaşlı şəxs xəstəxanada ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, rayonun Boranıkənd kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev İlqar İlham oğlu yük maşınında ot bağlaması qaldırarkən ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub.

Nəticədə cərəyanın təsirindən yerə çırpılaraq müxtəlif dərəcəli xəsarətlər alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, o, iki gündən sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt