Əsas Səhifə > Hadisə > Xaçmazda qadın qətlə yetirilib, 17 yaşlı oğlu şübhəli bilinir

Xaçmazda qadın qətlə yetirilib, 17 yaşlı oğlu şübhəli bilinir


Dünən, 11:03


Xaçmazda qadın qətlə yetirilib, 17 yaşlı oğlu şübhəli bilinir.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə iki gün əvvəl rayonun Çaykənarı kəndində qeydə alınıb.

Belə ki, 1983-ci il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızı oğlu tərəfindən bıçaqlanıb və bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İki gün xəstəxanada müalicə alan H.Məmmədova bu gün ölüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt