| Əsas Səhifə > Hadisə > Qusarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb Qusarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıbDünən, 10:14 | 
| 
 Qusarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı "Volksvagen" markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştirakçısı Rəfael Fərmanov saxlanılıb. Onun yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu bildirilir. Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu da məlum olub. R.Fərmanovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Geri qayıt |