Şəffaflıq.az publika.az-a istinadən xəbər verir ki, Əfqanıstan Müstəqil Seçki Komissiyasının açıqladığı yekun nəticələrə əsasən, Əşrəf Qani yenidən hakimiyyətə gəlib.
Seçkilərin nəticələrinə görə, lider namizədlərdən Əşrəf Qani 50,63%, Abdulla Abdulla 39,52% və Qülbəddin Hikmətyar 3,85% səs toplayıb.
Qeyd edək ki, Qani 2014-cü ildən Əfqanıstana rəhbərlik edir.