Əsas Səhifə > REGİON > Suriya yollarında rus patrulu: MOSKVA ANKARAYA YENİ MESAJ VERİR

Suriya yollarında rus patrulu: MOSKVA ANKARAYA YENİ MESAJ VERİR


18-02-2020, 22:45

 

Rus işğalını dəstəkləyən sosial şəbəkələr ötən ayın sonlarında Moskvanın dəstəyi ilə Əsəd milisinin nəzarətində olan Maarat əl-Numan şəhərində, Hələb-Şam magistral yolunda yerləşən Rusiya hərbi polisinin şəkillərini paylaşıblar.

Yayılan şəkillər Rusiya qüvvələrinin İdlib əyalətinin cənubunda, Maarat əl-Numan şəhərinin şərqindən keçən beynəlxalq yola xüsusi texnika ilə yerləşməsini göstərir. Bundan başqa, yol kənarlarındakı rus əsgərlərinin nəzarət-buraxılış məntəqlərinin mövcudluğunu.
Bir neçə gün əvvəl Rusiya mediası Maarat əl-Numan və Xan Şeyxun şəhərləri arasındakı beynəlxalq yolda Maar-Hattat bölgəsindəki türk əsgərlərinin şəkillərini də yayımlayıb. Onların qurduğu sədlərin magistral yolu keçmək istəyən Əsəd milislərinin qarşısını aldığı və yalnız Rusiya qüvvələrinin keçməsinə icazə verdiyi bildirilib.

Əsas yollara nəzarət

Türkiyəli jurnalist İsmayıl Çoktan deyib: “Ruslar Suriyaya müdaxiləyə başlayandan bəri Suriyadakı əsas yolları nəzarət altına alma strategiyası yürüdülüb. Keçmişdə bu strategiyanı Dəraa və Deyr ər-Zorda müşahidə etmişik”.

O əlavə edib: “Rusiya İran hərbçilərinin İsrail sərhədlərindən uzaqlaşdırılması müqabilində cənubda İsraillə anlaşıb. Bundan sonra rusların məqsədi şimalda M5 və M4 magistrallarını nəzarətə alaraq hərbi bazalarının təhlükəsizliyini təmin etmək olub. Buna görə də, rusiyapərəst “Pələng” milisləri ilə İran milisləri arasında bəzi toqquşmalar baş verib”.

Türkiyənin bu yayılmaya baxışını Çoktan belə izah edir: “Türkiyə rejim qüvvələrini bölgədən çıxarmaqla öz milli təhlükəsizliyini təmin etməyə çalışır. Bəlkə də Rusiya ilə Türkiyə arasında rejimin və İranın bölgədən çıxarılması müqabilində M5 magistralının rusların nəzarətində olmasına dair bir razılaşma var. Buna görə də, Türkiyə ilə Rusiyanın qarşıdurmasını istisna edirəm”.

Çoktan bildirib: “Türkiyə öz sərhədlərinə doğru yerdəyişmənin qarşısını almaq üçün bölgədən rejimi çıxarmaq istəyir, çünki kütləvi qaçqın axınına dözə bilməz. Onun ortaq patrul aparmaqla, İran milisləri olmadan M5-də rusların olmasına üstünlük verməsi mümkündür və bu, Ankaranın istəklərinə cavab verəcək. Amma hər şeydən əvvəl atəşkəs və real siyasi həll yolu irəliləməlidir, bunsuz ruslara etibar etmək olmaz”.

Rus-Türk formatı

Suriyanın şimal-qərbindəki eskalasiya zonasında yerləşən Türkiyə nəzarət məntəqələrinin mühasirəyə alınmasına baxmayaraq, hər iki ölkənin diplomatik mənbələrinin təsdiqinə əsasən, Rusiya-Türkiyə koordinasiyası hələ də davam edir. Məlumatlarda hərbi əməliyyatların bitməsindən sonra Suriyanın şimal-qərbindəki bütün beynəlxalq marşrut boyunca ortaq Rusiya-Türkiyə patrullarının həyata keçirilməsinin mümkünlüyü bildirilir.

İdlibli jurnalist Məhəmməd Bələas “Orient Nyuz”-a açıqlamasında deyib: “Bu fotoların ruslar tərəfindən yayımlanması və Əsəd qüvvələrinin hər hansı bir elementinin görünməməsi Soçi sazişi çərçivəsində Əsəd qüvvələri və ona sadiq olan milislərin Türkiyə məntəqələri olan bölgədən geri çəkilməsini tələbinin yersizliyini isbatlamaq üçündür”.

Bələas əlavə edib: “Rusiyanın bu fotoları yayımlamasının məntiqi izahı budur ki, Maarat əl-Numan və Dəməşq-Hələb yolundakı əraziləri idarə edənlər Əsəd qüvvələri deyil, Rusiyadır və rəsmi hökumət qüvvələrinə qarşı hərbi əməliyyat keçirməməsi üçün Ankaranın türk əsgərlərinin öldürülməsindən qaynaqlanan qəzəbini yatırır. Yəni bu, Türkiyəyə bir mesajdır”.

Rusiyanın magistrallara nəzarət etməkdə məqsədi

Bələas qeyd edir: “Rusiya hərbi və mülki polislə magistral yolda nəzarəti təmin edərək beynəlxalq ictimai rəy qarşısında müsbət imic qazanır. Özünü Türkiyə və Əsəd rejimindən ayırır”.

Mühənnədə Əbu Ömər “Orient Nyuz”-a verdiyi açıqlamada deyib: “Rusiya beynəlxalq magistrala dair şəkilləri yayımqda iki məqsəd güdür. İlk hədəf – bu bölgələrdə Əsəd qüvvələrinə qarşı hərbi əməliyyat keçirəcəyi təqdirdə, Türkiyənin Rusiya ilə üz-üzə gələcəyidir. Bu zaman Rusiyanın Türkiyə ordusuna cavab vermək hüququ var”.

Hərbi ekspert əlavə edir: “İkinci məqsəd – Qərb ölkələrinə Türkiyənin Soçi sazişini yerinə yetirməməsi, rejim qüvvələrinin bu bölgəni nəzarətinə götürdükdən sonra Rusiyanın Türkiyə ilə ortaq patrula razılığını göstərməkdir”.


Şəffaflıq.az
Geri qayıt