Əsas Səhifə > Hadisə > Lənkəranda qazilərin iştirakı ilə kütləvi dava olub, saxlanılanlar var
Lənkəranda qazilərin iştirakı ilə kütləvi dava olub, saxlanılanlar varBu gün, 11:40 |
|
Lənkəran şəhəri ərazisində bir qrup şəxs sərxoş vəziyyətdə şəxsi zəmində xuliqanlıq hərəkətləri törədərək iki nəfəri döyüb. Şəffaflıq.az xəbər verir ki, oktyabrın 28-də gecə saatlarında Hirkan qəsəbə sakini, 1993-cü il təvəllüdlü Alim Şükürzadə Lənkəran şəhər sakini, 1996-cı il təvəllüdlü Cəbrayıl Şirməmmədovu zorla avtomobilə əyləşdirərək Sütəmurdov kəndinə aparıb. Orada A.Şükürzadə dostları - 1989-cu il təvəllüdlü Elvin Quluzadə və 1990-cı il təvəllüdlü Elşad Məmmədovla birlikdə C.Şirməmmədovu döyərək ona xəsarət yetiriblər. Daha sonra həmin yerə gəlmiş C.Şirməmmədovun 1995-ci il təvəllüdlü dostu da A.Şükürzadə tərəfindən döyülüb. Hadisə ilə əlaqədar A.Şükürzadə, E.Məmmədov və E.Quluzadə polis tərəfindən saxlanılıb. Onlar sərxoş vəziyyətdə olublar. Qeyd edək ki, saxlanılan şəxslər 2-ci Qarabağ müharibəsi iştirakçılarıdır. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Geri qayıt |