Əsas Səhifə > SİYASƏT > Azərbaycan Rotterdam Konvensiyasına qoşulub
Azərbaycan Rotterdam Konvensiyasına qoşulubBu gün, 14:10 |
|
Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulub. Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib. Konvensiya 10 sentyabr 1998-ci ildə Niderlandın Rotterdam şəhərində imzalanıb. Qeyd edək ki, Rotterdam Konvensiyası zərərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Rotterdam Konvensiyası ölkələr arasında "əvvəlcədən məlumatlandırılmış razılıq" (Prior Informed Consent – PIC) prinsipi əsasında təhlükəli kimyəvi maddələrin ixracını və idxalını tənzimləyir. Yəni, hər hansı bir dövlətə zərərli kimyəvi maddə göndərilməzdən əvvəl həmin dövlət bu barədə əvvəlcədən məlumatlandırılır və razılıq verir və ya imtina edə bilir. Geri qayıt |