Əsas Səhifə > SİYASƏT > Bakıda Qlobal Gənclər Günü keçiriləcək
Bakıda Qlobal Gənclər Günü keçiriləcəkBu gün, 11:04 |
|
Noyabrın 16-da Bakıda Qlobal Gənclər Günü keçiriləcək. Şəffaflıq.az bu barədə Kosmik Agentliyə ("Azərkosmos") istinadən xəbər verir. Məlumata görə, tədbir noyabrın 17-28-də Azərbaycan paytaxtında keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı 2025 (WTDC-25) çərçivəsində təşkil ediləcək. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov qeyd edib ki, Qlobal Gənclər Gününə gənc liderlər, sahibkarlar, influnserlər, mühəndislər, tələbələr qatılacaq: "Gənclər beynəlxalq tərəfdaşları ilə münasibət qura biləcəklər. Onların mövzuları rəqəmsal bacarıqlar, gender, iqlim dəyişikliyi, sahibkarlıq və gələcəyin peşələri kimi sahələri əhatə edəcək. Builki tədbirə 400-dən çox əcnəbi gəncin qatılması gözlənilir". Geri qayıt |