Əsas Səhifə > SİYASƏT > Ramin Məmmədov Ordubadda vətəndaşları qəbul edəcək

Ramin Məmmədov Ordubadda vətəndaşları qəbul edəcək


Bu gün, 09:55


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 3-də Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul saat 11:00-da Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında (Ordubad şəhəri, Heydər Əliyev pr., 21) keçiriləcək.

Şəffaflıq.az


Geri qayıt