Əsas Səhifə > REGİON > Türkiyədə azərbaycanlı fəhlələr inşaat zamanı xəsarət alıblar, ölən var

Türkiyədə azərbaycanlı fəhlələr inşaat zamanı xəsarət alıblar, ölən var


Bu gün, 09:30


Türkiyənin İğdır şəhərində tikinti sahəsində çalışan Azərbaycan əsilli iki fəhlə liftin şaxtasına yıxılıb.

Bu barədə Şəffaflıq.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə Topçular məhəlləsində qeydə alınıb. Babak N. və Sənan F. lift şaxtasına yıxılaraq xəsarət alıblar. Hadisə yerinə AFAD əməkdaşları və xilasedicilər cəlb olunub.

Yaralılar xilas edilərək təcili tibbi yardım maşını ilə İğdır Dövlət Xəstəxanasına çatdırılıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, Babək N. aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər yaralının müalicəsi isə davam edir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt