Əsas Səhifə > SİYASƏT > Xocalının Təzəbinə və Ballıca kəndlərinə növbəti köç olub
Xocalının Təzəbinə və Ballıca kəndlərinə növbəti köç olubBu gün, 14:12 |
|
Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə oktyabrın 28-də növbəti köç prosesi həyata keçirilib. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu mərhələdə hər iki kəndə ümumilikdə 123 nəfərdən ibarət 30 ailə qayıdıb. Onlardan 72 nəfər (17 ailə) Təzəbinə kəndinə, 51 nəfər (13 ailə) isə Ballıca kəndinə köçürülüb. Sakinlərə mənzillərin açarlarını təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində Təzəbinə və Ballıca kəndlərində sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb: "Hər iki kənddə müasir standartlara uyğun yaşayış evləri, məktəb, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib". Qeyd edək ki, bu köç mərhələsi daxil olmaqla Təzəbinə kəndinə ümumilikdə 113 ailədən ibarət 501 nəfər, Ballıca kəndinə isə 228 ailədən ibarət 1016 nəfər köçürülüb.Xocalı rayonunun digər kəndlərinə də mərhələli şəkildə köç prosesi davam etdiriləcək. Şəffaflıq.az Geri qayıt |