Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşıb
Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşıbDünən, 12:57 |
|
Oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, ayın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Geri qayıt |