Əsas Səhifə > Hadisə > Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edilib

Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edilib


Bu gün, 11:27


Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "VAZ-21099" markalı 10-FB-299 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Nəbiyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

Şəffaflıq.az


Geri qayıt