Əsas Səhifə > İnfrastruktur > Balakənin Qazbinə kəndinin yolu yararsız vəziyyətə düşüb, bələdiyyə sədri problemin həll olunacağını deyir
Balakənin Qazbinə kəndinin yolu yararsız vəziyyətə düşüb, bələdiyyə sədri problemin həll olunacağını deyirBu gün, 10:06 |
|
Balakən rayonunun Qazbinə kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb. Bu barədə "Report"un Şimal-qərb bürosuna təqribən 1400 nəfər əhalisi olan Qazbinə kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun tam kənarında yerləşən Qasbinə kəndinə qədər olan 3 km-lik məsafə və 5 km-lik kənddaxili yollar yararsız vəziyyətdədir. Sakinlər həmin yolun bu vaxta qədər bir dəfə də olsun asfaltlanmadığını deyiblər. Yağıntılı hava şəraitində palçıqlı, lil və su ilə dolan çalalar kənd yolunu piyadalar üçün keçilməz edir. Qış aylarında isə kəndə gediş-gəliş demək olar, tamamilə dayanır. Sakinlər əlavə ediblər ki, yolun bərbad vəziyyətdə olması səbəbindən kəndə marşrut avtobusu da işləmir. Qazbinə kəndinin də daxil olduğu Mahamalar bələdiyyəsinin sədri Azad Çantayev "Report"un yerli bürosuna bildirib ki, qeyd olunan yollarda bir müddət əvvəl müvafiq texnikadan istifadə olunmaqla müəyyən təmir işləri həyata keçirilib, çınqıl tökülüb: "Ancaq görülən işlərə baxmayaraq, yağış yağdıqda daxili yollarda yenidən çalalar əmələ gəlir. Yolun kəndin daxilindəki 3 km-lik hissəsi xüsusilə problemlidir". Bələdiyyə sədri qeyd edib ki, Qazbinə kənd yolunun növbəti mərhələdə asfaltlanması nəzərdə tutulub. Şəffaflıq.az Geri qayıt |