Əsas Səhifə > XARİCİ XƏBƏR > İlham Əliyev: Azərbaycanla Qazaxıstan arasında siyasi təmaslar əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin yaradır

İlham Əliyev: Azərbaycanla Qazaxıstan arasında siyasi təmaslar əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin yaradır


Bu gün, 11:39


Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan dövlət başçısı Kasım-Jomar Tokayevlə siyasi təmasların intensivliyinin bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə zəmin yaratdığını bəyan edib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Qazaxıstanın milli bayramı – Respublika Günü münasibətilə Kasım-Jomart Tokayevə göndərdiyi təbrik məktubunda deyilir:

"Siyasi təmasların intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, energetika, o cümlədən yaşıl enerji, nəqliyyat, investisiya, informasiya texnologiyaları, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır".


Geri qayıt