Əsas Səhifə > FUTBOL > "İnter" argentinalı futbolçunu heyətinə cəlb etmək istəyir
"İnter" argentinalı futbolçunu heyətinə cəlb etmək istəyirBu gün, 11:24 |
|
İtaliyanın "İnter" klubu "Komo"da çıxış edən futbolçu Niko Pası heyətinə cəlb etmək istəyir. Şəffaflıq.az "Tyc Sports"a istinadən xəbər verir ki, Milan təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 58 milyon avro təklif etməyə hazırdır. Klub artıq argentinalı oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb. Qeyd edək ki, Niko Pasın hüquqlarının 50 faizi İspaniyanın "Real" klubuna məxsusdur. Madrid təmsilçisinin futbolçunu geri almaq hüququ da var. Yarımmüdafiəçinin "Komo" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir. Geri qayıt |