Əsas Səhifə > MILLI MƏCLİS > MM Naxçıvan Ali Məhkəməsinin hakiminin vəzifəsindən azad edilməsini təsdiqləyib

MM Naxçıvan Ali Məhkəməsinin hakiminin vəzifəsindən azad edilməsini təsdiqləyib


Dünən, 12:08


Milli Məclis Naxçıvan Ali Məhkəməsinin hakimi Fərman Abbasovun vəzifəsindən azad edilməsini təsdiqləyib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, Fərman Məmməd oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Xatırladaq ki, Fərman Abbasov 2013-cü ildən Naxçıvan MR Ali Məhkəməsinin hakimi idi.


Geri qayıt