Əsas Səhifə > Hadisə > Azərbaycana 14 kq-dan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Azərbaycana 14 kq-dan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıbDünən, 11:42 |
|
Ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) nəlumat yayıb. Bildirilib ki, DSX-nin "Lənkəran" sərhəd dəstəsinin və Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində 99-PC-617 dövlət qeydiyyat nişanlı "BYD" markalı avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Azərbaycan vətəndaşları – Cəfərov Emin Cəfər oğlu və Rəhmətullayev Neman Arif oğlu şübhəli şəxs qismində saxlanılıblar. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Geri qayıt |