Əsas Səhifə > REGİON > Türkiyədə inşaat qəzası zamanı dağıntı olub, xəsarət alanlar var
Türkiyədə inşaat qəzası zamanı dağıntı olub, xəsarət alanlar varDünən, 10:03 |
|
Türkiyənin Rize vilayətinin Çamlıhemşin rayonunda inşaat qəzası zamanı baş verən dağıntı nəticəsində 5 işçi xəsarət alıb. Bu barədə Şəffaflıq.az yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, dərədə bərpa işləri zamanı beton qəliblər quraşdıran işçilər dağıntılar altında qalıblar. Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər, jandarm əməkdaşları cəlb olunub. Yaralılar dağıntılar altından çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Araşdırma aparılır. Geri qayıt |