Əsas Səhifə > Hadisə > Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb

Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb


Dünən, 16:30


Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidəki avtomobil yolu ilə kəsişən dəmiryolu keçidinin təmirə bağlanması səbəbindən onun xəstəxanaya çatdırılması mümkün olmayıb.

Nəticədə doğum "VAZ-21010" markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

TƏBİB-dən "Report"a verilən məlumatda bildirilib ki, oktyabrın 23-ü saat 11:00 radələrində 1985-ci il təvəllüdlü qadın Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

"Ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".

Faktla bağlı araşdırma aparılır.




Geri qayıt