Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Tramp Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv edib
Tramp Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv edibBu gün, 09:28 |
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb. Şəffaflıq.az-ın xəbərinə görə, D. Tramp bu barədə jurnalistlərə bildirib. O, görüşü "lazımi məqsədlərə çata bilməyəcəkləri təəssüratı yarandığı üçün" ləğv etdiyini deyib. "Biz prezident Putinlə görüşü ləğv etdik. Hiss olunurdu ki, bu, düzgün deyil. Mənə elə gəlirdi ki, lazımi məqsədə çata bilməyəcəyik", - deyə Tramp jurnalistlərə bildirib. Geri qayıt |