Əsas Səhifə > MALİYYƏ > IMF: 2027-ci ilə qədər Azərbaycanın xarici ticarəti profisitli olacaq
IMF: 2027-ci ilə qədər Azərbaycanın xarici ticarəti profisitli olacaqDünən, 14:40 |
Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın mal və xidmət ixracının dəyərinin 28,4 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır. Şəffaflıq.az xəbər verir ki, bu barədə IMF-nin Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatında bildirilir. May ayına olan proqnozlarla müqayisədə gözləntilər 13,15 % və yaxud 4,3 milyard ABŞ dolları azalıb. Fondun proqnozlarına görə, Azərbaycanın mal və xidmət ixracı gələn il 27,1 milyard ABŞ dolları (- 9,1 % və yaxud 2,7 milyard ABŞ dolları) təşkil edəcək, 2030-cu ildə isə 25,7 milyard ABŞ dollarına qədər (+1,6 % və yaxud 0,4 milyard ABŞ dolları) azalacaq. Bundan əlavə, IMF-nin gözləntilərinə əsasən, Azərbaycanın mal və xidmət idxalı 2025-ci ildə 23,4 milyard ABŞ dolları (- 3,7 % və yaxud 0,9 milyard ABŞ dolları), 2026-cı ildə 24,4 milyard ABŞ dolları (- 2,9 % və yaxud 0,7 milyard ABŞ dolları) təşkil edəcək, 2030-cu ildə isə 28,5 milyard ABŞ dollarına qədər (- 8,1 % və yaxud 2,3 milyard ABŞ dolları) artacaq. 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da 2023-cü ilə nisbətən 7 % azdır. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb. Geri qayıt |