Əsas Səhifə > Kriminal > Bakıda oğlan sevdiyi qıza niyə 7 bıçaq zərbəsi vurdu? - ŞOK CİNAYƏT
Bakıda oğlan sevdiyi qıza niyə 7 bıçaq zərbəsi vurdu? - ŞOK CİNAYƏT17-02-2020, 11:35 |
Bakıda sevgisinə qarşılıq ala bilmədiyi üçün sevdiyi qızı bıçaqlayan gəncin cinayətinin detalları məlum olub. Şəffaflıq.az baku.ws-ə istinadən xəbər verir ki, "Space TV"nin xəbərlər buraxılışında yayımlanan materialda hadisə yerindən görüntülər təqdim olunub. Bildirilir ki, cinayət fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində ensiz bir ərazidə baş verib. Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub. Hüquqşünas isə bildirib ki, cinayətkara sağlamlığa ağır zərər yetirməsinə görə 3-8 il arası cəza verilə bilər. Əgər xuliqanlıq niyyəti ilə bıçaq zərbəsi vurulursa, o zaman 6-11 il arası həbs cəzası nəzərdə tutulur. Geri qayıt |