Əsas Səhifə > Hadisə > Siyəzən sakini və ona məxsus altı baş inəyi elektrik cərəyanı vurub

Siyəzən sakini və ona məxsus altı baş inəyi elektrik cərəyanı vurub


Bu gün, 11:30


Siyəzən sakinini eleketrik cərəyanı vurub.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Sədan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədov və ona məxsus 25 min manatlıq altı baş inəyi elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində cərəyan vurub.

Nəticədə inəklər tələf olub, S.Əhmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Araşdırmalar aparılır.


Geri qayıt