Əsas Səhifə > Hadisə > Bakıda avtomobildə atasının qucağından sürüşən uşaq ölüb

Bakıda avtomobildə atasının qucağından sürüşən uşaq ölüb


Bu gün, 11:27


Bakıda yol qəzasında 7 yaşlı uşaq ölüb.

Şəffaflıq.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov qucağında oğlu 2018-ci il təvəllüdlü Usamə ilə BMW markalı avtomobilə oturub yaşadığı evin həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.

Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Geri qayıt