Əsas Səhifə > Hadisə > ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb, ayağı amputasiya edilib
ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb, ayağı amputasiya edilibBu gün, 14:19 |
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb. Bu barədə ANAMA-dan məlumat verilib. Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur. O, hadisə yerindən təxliyə edilərək Xocavənd Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir. Şəffaflıq.az Geri qayıt |