Əsas Səhifə > Hadisə > Zaqatalada avtomobil qəzası olub, xəsarət alanlar var

Zaqatalada avtomobil qəzası olub, xəsarət alanlar var


Bu gün, 09:56


Zaqatala rayonunda avtomobil qəzası olub, xəsarət alanlar var.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 30 yaşlı Rəsul Corovun idarə etdiyi "Opel" və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ"da olan 4 yaşlı uşaq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.




Geri qayıt