Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda gələn il 66 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq

Azərbaycanda gələn il 66 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq


Dünən, 20:15


Gələn il Azərbaycanda 67 şəhər və rayondan cəmi 1-i öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onu dövlət büdcəsindən vəsait ayrılacaq.

Şəffaflıq.az bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, həmin rayon Xocavənddir. Onun yerli gəlirlərini və xərclərini tənzimləmək üçün 2026-cı ilin büdcəsində 847 min manat vəsait nəzərdə tutulub.

Beləliklə, 66 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.


Geri qayıt