Əsas Səhifə > SİYASƏT > Xaçmazda konstitusiya və dövlət suverenliyinə həsr olunmuş regional konfrans başlayıb
Xaçmazda konstitusiya və dövlət suverenliyinə həsr olunmuş regional konfrans başlayıbDünən, 11:08 |
Baş Prokurorluğun təşkilatçılığı ilə oktyabrın 17-də Xaçmazda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Konstitusiya və dövlət suverenliyi: Hüquqi aspektlər və çağırışlar" mövzusunda işgüzar konfrans keçirilir. "Report"un Şimal bürosunun məlumatına görə, əvvəlcə Xaçmaz Rayon Prokurorluğunda "Açıq qapı" günü və "Milli suverenlik və hüquqi təminatlar: prokurorluğun rolu" adlı seminar təşkil olunub. Tədbirlərdə Sumqayıt şəhər, Quba, Qubadlı, Qusar, Siyəzən, Şabran, Xaçmaz və Xızı rayon, eləcə də Sumqayıt hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, bölgədə fəaliyyət göstərən media nümayəndələri, dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edirlər. Mühüm tədbirlərdə konstitusiya dəyərlərinin qorunması, dövlət suverenliyinin hüquqi əsasları və müasir çağırışlar barədə müxtəlif mövzularda çıxışlar dinləniləcək, səmərəli müzakirələr aparılacaq. Tədbir Baş Prokurorluğun təşəbbüsləri çərçivəsində hüquq-mühafizə orqanlarının ictimaiyyətlə əməkdaşlığının gücləndirilməsi və yeni yanaşmaların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edəcək. Şəffaflıq.az Geri qayıt |