Əsas Səhifə > Hadisə > Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi ölüb

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi ölüb


Dünən, 10:59


Sumqayıtda 43 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Elşən Altay oğlu Kələntərli yıxılaraq başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırmalar aparılır.


Geri qayıt