Əsas Səhifə > Digər > Fazil Nəcəfov “Şöhrət” ordeni ilə təltif edildi

Fazil Nəcəfov “Şöhrət” ordeni ilə təltif edildi


15-02-2020, 22:20

 

Azərbaycan Respublikasının xalq rəssamı, heykəltəraşlıq sənətində avangardlıq üslubun təsisçisi Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilsin".
Geri qayıt