Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Somali diplomatik pasport sahibləri üçün vizasız rejim tətbiq edir

Azərbaycan və Somali diplomatik pasport sahibləri üçün vizasız rejim tətbiq edir


Bu gün, 10:49


Azərbaycan və Somali diplomatik pasport sahibləri üçün vizasız rejim tətbiq etmək barədə razılığa gəlib.

Bu barədə Somali KİV-lərinə istinadən xəbər verir.

İki ölkənin hökumətləri arasında müvafiq memorandum Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Əli Məhəmməd Omar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov tərəfindən imzalanıb. İmzalanma mərasimi Uqandanın paytaxtı Kampalada keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirləri arasında 19-cu sessiyalararası görüş çərçivəsində baş tutub.

Qeyd edilir ki, yeni saziş əməkdaşlığın gücləndirilməsi və yüksək səviyyəli mübadilələrə dəstək verilməsinə ümumi sadiqliyi əks etdirir. Bildirilib ki, bu, iki ölkə arasında diplomatik və ikitərəfli münasibətlərin gücləndirilməsində mühüm addım olacaq.

Bildirilib ki, hər iki nümayəndə heyəti əməkdaşlığın genişləndirilməsi, ikitərəfli əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Şəffaflıq.az


Geri qayıt