Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Xalq artisti Ramiz Quliyev vəfat edib
Xalq artisti Ramiz Quliyev vəfat edib15-10-2025, 10:32 |
|
Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib. Bu barədə oğlu Əyyub Quliyev məlumat verib. Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi. Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. 1988-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. O, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunub. Şəffaflıq.az Geri qayıt |