Əsas Səhifə > SİYASƏT > Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir


Bu gün, 10:13


Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər" mövzusunda beynəlxalq konfrans keçirilir.

Şəffaflıq.az xəbər verir ki, tədbir Beynəlxalq Hakimlər Assosiasiyasının Azərbaycan Hakimlər İttifaqı ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Konfransda Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev, Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimov, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və digər rəsmilər iştirak edirlər.


Geri qayıt