Əsas Səhifə > SİYASƏT > Ballıqayada axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib

Ballıqayada axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib


Dünən, 14:39


Ballıqayada axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib.

Bunu "Report"un Ağdərəyə ezam olunan əməkdaşına açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun üzvü Zaur İsmayılov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə qızğın döyüşlər gedib:

"Şahid ifadələrinə əsasən, 1993-cü ildə burada gedən qızğın döyüşlər zamanı Azərbaycan Ordusunun bir bölüyü mühasirəyə salınaraq məhv edilib. Ballıqayada axtarışlar zamanı 10 və daha artıq şəxsə aid edilən qalıqlar aşkar olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Qalıqların götürüldüyü ərazilərdə alt səth yenidən yoxlanılacaq".

Şəffaflıq.az


Geri qayıt